Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb.
Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq qərar Aİ-nin rəsmi jurnalında dərc olunub.
Belə ki, Aİ Rusiyaya qarşı sanksiyaların müddətini 24 fevral 2025-ci ilə qədər uzadıb.
Qeyd olunur ki, söhbət “Donetsk və Luqansk Xalq Respublikaları”nın, habelə Xerson və Zaporojye bölgələrinin Rusiyaya ilhaq olunması ilə əlaqədar tətbiq olunan sanksiyalardan gedir.