Avropa İttifaqının nüvə danışıqları üzrə baş diplomatı Enrike Mora İran rəsmiləri ilə görüşəcək.
Qerbxeber.com ISNA-ya istinadən xəbər verir ki, müzakirələr iyulun 31-də baş tutacaq.
Ləğv edilmiş Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) nüvə sazişinin bərpası səylərinə vasitəçilik edən Enrike Mora yeni seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edib.
ISNA-nın məlumatına görə, Mora nüvə sazişi müzakirələrində iştirak edən keçmiş xarici işlər nazirinin müavini Abbas Araqçi ilə də görüşəcək.