Ukrayna hərbçilərinin təlimləri Ukraynaya mümkün qədər yaxın, lakin onun ərazisində aparılmayacaq.
Qerbxeber.com xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Brüsseldə 27 Aİ ölkəsinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O, müdafiə nazirlərinin ukraynalı hərbçilərin təlimlərinin ölkə sərhədlərinə yaxın ərazilərdə aparılmasına razılaşdıqlarını bildirib.