Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Ağstafada XIX əsrin yadigarı olan İsrafil ağanın evinin bərpaya ehtiyacı var

3 həftə ago
A A
w_1616737979762995019694_1000x669

Bir vaxtlar Qazax mahalının ən məşhur ağalarından, xeyriyyəçi insanlarından olan İsrafil ağa Kərbalayevin evi Ağstafanın Qıraq Kəsəmən kəndində yerləşir. Kəndin ən hündür yerində tikilən bu evin bərpaya ehtiyacı var.

İsrafil ağa Kərbalayevin evi XIX əsrin sonlarında inşa olunub. Ev həmin dövrdə kirəc və əhəng suyunun qarışığı ilə tikilib. Bu, o dövrdə bahalı tikinti üsulu sayılırdı. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə edilib. Binanın qara günləri isə ötən əsrin 60-cı illərində, yaxınlıqda su elektrik stansiyası tikiləcəyi bəhanəsi ilə sakinlərin kənar əraziyə köçürülməsindən sonra başlayıb.

Müstəqillik illərində – ötən əsrin 1992-1993-cü illərində binada ilk dəfə restavrasiya işləri aparılıb.

“Uşaqlığım bu kənddə keçib. Deyilənlərə görə, evin inşası üçün Tiflisdən xüsusi memar qrupu kəndə dəvət olunub. Qırmızı kərpicdən tikilən ev 3 otaqdan, iki eyvandan ibarət olub. İstəyimiz odur ki, 130-140 yaşı olan bu tarixi abidə bərpa edilsin” – deyə kənd sakini Bəxtiyar Babayev bildirib.

İsrafil ağanın evi yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Düzdür, ağanın evinə gələn yolda bəzi təmir işləri görülsə də, tikilidə hər hansı iş aparılmayıb.

“Aldığımız məlumata görə, evin bərpası plana salınıb. Böyük səbirsizliklə bu evin bərpa olunmasını gözləyirik. Ev bərpa edilərsə, bu, yerli turizmin inkişafına da təkan verəcək”, – deyə kənd sakini Turan Yaqubəliyev vurğulayıb.

Qeyd edək ki, Qaçaq Kərəmlə İsrafil ağa süd qardaşı olublar. Eyni gündə dünyaya gəlsələr də, tale onları qarşı-qarşıya qoysa da, bir-birilərinə heç zaman xəyanət etməyiblər.

İsrafil ağanın evinin bərpası ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə göndərdiyimiz sorğuya cavab olaraq bildirilib ki, tikilinin bərpası istiqamətində tədbirlər görüləcək. Bu məqsədlə tarixi tikilinin bərpası investisiya planına salınıb.

w_1616737979762992936823_1000x669 w_161673797976131768332_1000x669 w_1616737979764032155153_1000x669 w_1616737979762995019694_1000x669

AZƏRTAC

Son xəbərlər

63dea3bae48c863dea3bae48c9167553529063dea3bae48c663dea3bae48c7

ABŞ kosmik müharibəyə hazırlaşır

05 Fevral 2023
16754148967051944_1200x630

Tovuzlu gənc rubik kubunu yığan robot düzəldib

05 Fevral 2023
FotoJet (9)

DİN: Tovuz sakinin Kürdə batması ilə bağlı araşdırma aparılır

05 Fevral 2023
bıçaqqqqqqqqqq

Şəmkirdəki dəhşətli qətlin təfərrüatları

04 Fevral 2023
indir - 2023-02-04T140245.799

Qobustan qoruğu haqqında məlumat

04 Fevral 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.