Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən “Tarix-mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliğində müasir yanaşmalar” adlı elmi-praktiki konfrans keçirilmişdir.
“Qərb Xəbər” bildirir ki, qoruğun yaradılmasının 15 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul şəxsləri, Ağstafa rayon İcra Hakimiyyətinin nümayəndələri, “Ağstafa Gənclər evi” Sosial Xidmət Müəssisəsi, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, həmçinin bölgədə yerləşən qoruqların elmi işçiləri, ekskursiyaçıları, qoruq ərazisində elmi tədqiqat işləri aparmış alimlər, rayon ziyalıları iştirak etmişlər.
Konfransın elmi hissəsi yekunlaşdıqdan sonra konfrans iştirakçıları ekskursiya məqsədilə Damcılı mağara düşərgəsinə səfər etmiş, burada yaponiyalı və azərbaycanlı arxeoloqların birgə apardığı qazıntı ərazisi və qazıntılardan aşkar edilmiş eksponatların sərgisi ilə tanış olmuş, daha sonra konfrans iştirakçıları buradakı “Hərəyə bir ağac əkək” adı altında təşkil edilmiş ağacəkmə kompaniyasına qoşulmuşdurlar. Həmçinin konfrans iştirakçıları Damcılı filialında yerləşən abidələrə ekskursiya etmiş, bu abidələr haqqında qonaqlara ekskursiyaçılar tərəfindən məlumat verilmiş, sualları cavablandırılmışdır.