Ağstafada maskalı şəxslər qadının evinə hücum ediblər.
“Qərb Xəbər” məlumat ki, iki nəfər maskalı şəxs rayon sakini Sahibə Ələkbərovanın evinin qapısını sındıraraq qadına hədə-qorxu gəlib, fiziki zor tədbiq ediblər. Maskalı şəxslər qadına məxsus qızıl-zinət əşyalarını və pulu götürürək hadisə yerindən qaçıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.