Ağstafada evdə partlayış baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.
Kənddə yerləşən evdə baş verən partlayış zamanı 1997-ci il təvəllüdlü Elməddin Huseynov ölüb.
İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib