Ağstafada çayxanada çay içən 23 yaşlı gənc başına ağac düşməsi nəticəsində həyatını itirib.
Bu, barədə “Qərb Xəbər”məlumat verir ki, hadisə Ağstafa şəhərinin mərkəzində Səməd Vurğun adına parkda qeydə alınıb. Seymur Yaşar Oğlu Məmmədov Parkın daxilində olan Vurğun çay evində dostları ilə birgə cay icərək domino oynayırmış hadisədə dostların cay stolunun arxasında oturarkən qəfil xan cinar ağacının budağının Seymur Məmmədovun üzərinə düşməsi ilə baş verib. Hadisə yerinə təcili tibbi yardım avtomobili çağrılıb. Lakin o elə hadisə yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Seymur Məmmədov ailədə iki bacının bir qardaşı olub.
Faktla bağlı araşdırma aparılır.