Ağstafada avtomobil qəzası nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşib.
“Qərb Xəbər”in məlumatına görə, minik avtomobili ilə avtobusun toqquşması nəticəsində, Tovuz rayon Cəlilli kənd sakini, 1970-ci il təvəllüdlü Abbasova Səringül İsfəndiyar qızı hadisə yerində dünyasını dəyişib.
Daha 3 nəfər, Tovuz rayon Cəlilli kənd sakinləri, 1969-cu il təvəllüdlü Bəsdi Firqələr qızı Məmmədova, 1969-cu il təvəllüdlü Məmmədov Saxavət İsfəndiyar oğlu və 1993-cü il təvəllüdlü Məmmədov Fuad Sübhan oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.