Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunun Liman şəhərində qanunsuz qum, Ağstafa rayonunun Tatlı kəndində isə “Kamaz” markalı 60-BZ-0789 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əhəng daşınması faktları aşkar olunub.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.