Ağstafa sakininə bizlə xəsarət yetirilib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.
Kənd sakini 1973-cü il təvəllüdlü Zülfiqar İsayev kürək nahiyəsinin deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə Z.İsayevi qonşusu bizlə vurub. Faktla bağlı araşdırma aparılır.