Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Ağstafa İcra Hakimiyyəti İsa Muğannanın ev muzeyini yaratmağa icazə vermədi

7 ay ago
A A
1657871045_1-2

“İki ay öncə atam İsa Muğannanın Ağstafada ev muzeyinin yaradılması ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinə yazılı şəkildə müraciət etdim. Onlar isə müraciətimlə maraqlanmadan, sadəcə bunun “mümkün olmadığını” bildirən cavab məktubu göndərdilər”.

“Qərb Xəbər” bildirir ki, bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada Xalq Yazıçısı İsa Muğannanın yeganə övladı Sevinc Muğanna səsləndirib.
Sevinc Muğannanın sözlərinə görə Ağstafa Rayon İcra Hakimiyyətindən bir nəfər belə olsun mərhumun qızının müraciəti ilə maraqlanmadan, müraciətə yazılı sürətdə rədd cavabı verməklə kifayətləniblər.

“Hətta cavab məktubunda konsitutsiyadan və qanunlardan sitatlar gətirərək, bunun mümkünsüzlüyünü izah etməyə çalışıblar. Bu mənə ona görə təəccüblü göründü ki, mən onlardan mümkünsüz heç nə istəməmişəm. Həm ev, həm də ora yığılacaq kitab və eksponatlar hazır şəkildədir ki, bunu reallaşdırmaq Ağstafa Rayon İcra Hakimiyyətindən elə də böyük maddi vəsait və qüvvə tələb etmir. Mən ki, onlardan atamın adına xiyaban və park salınmasını deyil, sadəcə yaradıcı materiallarını qorumaq üçün ev muzeyinin yaradılmasını istəmişəm”.

Açıqlaması zamanı Sevinc Muğanna bildirib ki, mərhum yazıçının doğma kəndindəki ev muzeyinin yaradılması İsa Muğannanın özünün də arzsu olub:

“Bu ev atam üçün ona görə dəyərli idi ki, onu məhz filmlərdən aldığı qonorarla almışdı və sanki o evin divarlarına sənətkarın yaradıcı ruhu hopmuşdu. İsa Muğannanı tanıyanlar onun gəncliyində necə keşməkeşli həyat yaşadığını bilirlər. Atası vəfat etdikdən sonra anası onun doğma kəndi Muğanlıdan çıxır və yalnız uzun illər sonra İsa Muğanna bu evi alandan sonra anası bu kəndə qayıdır. Muğanlı kəndini atam öz imzasında həmişə yaşatmağa çalışıb. Atam təqaüdə çıxdıqdan sonra isə ömrünün böyük bir hissəsini məhz bu evdə yaşamışdı. İsa Muğanna sağlığında mənə məhz o evdə əlyazmalarının və kitablarının qorunub saxlanmasını vəsiyyət etmişdi. Atam vəfat etdiyi zaman mən ona Muğanlıdakı ev muzeyində əlyazmalarını qoruyacağımla bağlı  söz verdim. Amma görürəm ki, indi tək başına bunu bacarmayacağam”.

Mərhum yazıçının qızı həmçinin böyük yazıçı İsa Muğannanın ev muzeyinin yaradılmasına haqqı çatan sənətkarlardan olduğunu bildirərək, aidiyyatı qurumları sənətkarın xatirəsinin əbədiləşdirilməsində ona kömək etməyə çağırıb:

“İsa Muğanna Azərbaycan ədəbiyyatının ölməz “Məhşər”-i və “İdealı”-dır. Müasir ədəbiyyatımızın simalarından biri olan ədibin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr danılmazdır. Mübaliğəsiz deyə bilərəm ki, onun ədəbi əsərləri və senariləri əsasında ekranlaşdırılan Azərbaycan Sovet Kinosunun bu gün də sevərək izlənilən “Nəsimi”, “Nizami”, “Tütək Səsi” kimi filmləri Azərbaycan xalqının maddi-mənəvi sərvətləri sırasındadır.
Bunları nəzərə alaraq başda hörmətli prezidentimiz İlham Əliyev cənabları olmaqla, Mədəniyyət Nazirliyi və Ağstafa Rayon İcra Hakimiyyətinə görkəmli yazıçının Muğanlıda ev muzeyinin yaradılması ilə bağlı müraciət edirəm.

Xüsusilə də, 2023-cü ildə görkəmli yazıçımız İsa Muğannanın 95 illik yubileyi tamam olur. Cənab prezidentimiz İlham Əliyev İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdı. Düşünürəm ki, ədibin  95 illik yubileyinin keçirilməsi ilə də bağlı dövlətimiz öz dəstəyini əsirgəməyəcək. İsa Muğanna sağlığında dövlət tərəfindən bütün mükafatlara haqlı olaraq layiq görülmüşdü. Vəfat etdikdən sonra Xalq Yazıçısının xatirəsinin əbədiləşdirilməsi baxımından ev muzeyinin yaradılması İsa Muğanna yaradıcılığına verilən ən böyük qiymət olardı”.

Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq, mövzunu davam etdirəcəyik

Son xəbərlər

imta

Sabahdan xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır

31 Yanvar 2023
63d9049f165e363d9049f165e4167516687963d9049f165e163d9049f165e2

Azərbaycanda metro və avtobuslarda gediş haqları qalxdı

31 Yanvar 2023
63d8fa42ee4d663d8fa42ee4d7167516422663d8fa42ee4d363d8fa42ee4d4

“Salamnews” və “İnterAz”la bağlı ŞOK FAKTLAR

31 Yanvar 2023
photo_5389017796005972519_y

Yusifin saatı: Aşıq sənətini yaşadanlar Aşıq Samir Cəlaloğlu ilə

31 Yanvar 2023
ead64379-baa5-344f-aec4-2db0177e3b6c_850

FED uçot dərəcəsini nə qədər artıracaq?

31 Yanvar 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.