Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət zərərsizləşdirilib və döyüş texnikası sıradan çıxarılıb.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində zərərsizləşdirilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.