“ABŞ ordusu Ukraynaya getməyəcək. Çünki Zelenski özü döyüşmək istəyir”
Qerbxeber.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski heç vaxt ölkəsinə Amerika qoşunlarının göndərilməsini xahiş etməyib.
Con Kirbinin sözlərinə görə, Ukrayna liderinə hərbi əməliyyatlar aparmaq üçün silah lazımdır.
“Zelenski və onun qoşunu təkbaşına döyüşmək istəyir”.
Kirbi Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttinin səhv istiqamətdə hərəkət etdiyini deyib. O, bunu Rusiya ordusunun Qərbə doğru hərəkət etməsi ilə əlaqələndirib.
@Globalinfo.az