“Ukraynada ərazi itkilərinə donor ölkələrin vəd olunan hərbi dəstəyi gecikdirməsi səbəb olub”.
Qerbxeber.com “Reuters“ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
O deyib ki, son həftələrdə ölkəsi Ukraynaya “ATACMS” uzaqmənzilli raketləri göndərib. C. Sallivanın sözlərinə görə, 300 kilometrlik məsafədəki hədəfləri vurmağa qadir olan analoji raketlərin təchizatı həm də martın 12-də qəbul olunan yardım paketinə daxil edilib:
“Bu qərar qəbul edilərkən, Rusiyanın Ukraynada vacib infrastruktur obyektlərinə zərbələr endirdiyi nəzərə alınıb. Biz Rusiyanı cavab tədbirləri görəyəcimiz barədə xəbərdar etmişdik” – deyə, ABŞ rəsmisi bildirib.