ABŞ Prezidenti Donald Trampın hələlik Ukraynaya səfəri planlaşdırılmır.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərin sualını cavablandırarkən bildirib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Trampa etdiyi dəvətlə bağlı suala belə cavab verib:
“Mən bu barədə prezidentlə danışmamışam, onun Zelenskinin dəvətini görüb-görmədiyini də bilmirəm, yəqin ki, görüb. Ondan soruşa bilərəm. Hazırda Trampın Ukraynaya səfəri ilə bağlı bölüşə biləcəyim konkret bir plan yoxdur”, – deyə Levitt bildirib.