ABŞ Ukraynaya öz ordusunu, müşavirlərini və ya təlimatçılarını göndərmək niyyətində deyil.
Qerbxeber.com xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Ukraynada ukraynalılara təlim keçmək üçün əsgərlər, hərbi məsləhətçilər və ya təlimatçılar göndərməyi planlaşdırmırıq”, – Sallivan vurğulayıb.