ADA Universiteti “Bir Müəllimin Manifesti” təhsil proqramının 2022-2023-cü tədris ilində iştirak üçün qəbul elan edir.
‘Qərb Xəbər’ bildirir ki, müraciətdə deyilir:
‘Hörmətli təhsil işçiləri, müəllimlər və məktəb direktorları
ADA Universitetinin 2021-2022-ci tədris ilində Qazaxdan başlayaraq Vaşinqtonda uğurla başa çatan ” Bir Müəllimin Manifesti” təhsil proqramı bu tədris ilində də yeni iştirakçılarını dəvət edir. Bu möhtəşəm təhsil proqramı sayəsində təhsil işçiləri arzu və xəyal etdikləri bir çox məqamların müşahidəçisi, iştirakçısı, xoş təəssüratçısı ola bilər və yeni-yeni uğurlara imza ata bilərlər. Bir illik təcrübəsi olan proqram daha da təkmilləşmiş formada bu tədris ilində Qazax Məllimlər Seminaryasının ADA Universiteti tərəfindən yenidən bərpa olunaraq istifadəyə veriləcək ADA Qazax Mərkəzində icra olunmağa başlayacaq. Bu özlüyündə yeni bir tarixdir. Hörmətli təhsil işçiləri, ADA Universitetinin, yaratdığı bu imkandan faydalanın, inkişaf edin və bu tarixin iştirakçısına çevrilin’.