“Qərb Xəbər” verir ki, bu barədə “Associated Press” məlumat yayıb .
Bildirilib ki, Trampın namizədliyi ştatın ilkin səsvermə bülletenində qalacaq. Hakim Trampın Kapitoliyə hücumda rolunun onun yenidən seçilmək iddiasını məhdudlaşdırdığına dair arqumentləri rədd edib.
Bundan əvvəl ABŞ-da seçicilər arasında Trampın dəstəyinin artdığı bildirilirdi. Xüsusilə, o, ən mühüm altı ştatdan beşində – Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniya ştatlarında seçici dəstəyinə görə indiki dövlət başçısı Co Baydeni qabaqlaya bilib.
2020-ci ildə Tramp ABŞ prezident seçkilərində Co Baydenə uduzub. Bundan sonra etiraz əlaməti olaraq 6 yanvar 2021-ci ildə tərəfdarları Kapitoliyə basqın ediblər.
Trampın məhkəməsi Kapitoli zəbt etməyə cəhdlə bağlı 2024-cü il martın 4-nə təyin edilib.
Trampın yenidən iştirak etməyi planlaşdırdığı prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.