ABŞ yaxın həftələrdə Rusiya ilə ticarət əlaqələrinə görə Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər.
Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Aspen İnstitutunun təşkil etdiyi illik təhlükəsizlik forumunda çıxışı zamanı bildirib.
“Hazırda heç bir elanım yoxdur, amma düşünürəm ki, bu vəziyyətin yaxın həftələrdə inkişaf edəcəyini müşahidə etdiyimiz üçün Çinə qarşı əlavə sanksiyalar gözləyə bilərsiniz”, – Sallivan vurğulayıb.