ABŞ ordusu Yəmənin “Ənsar-Allah” hərəkatının yer-hava raketini və radiolokasiya stansiyasını məhv edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə məlumat ABŞ Mərkəzi Komandanlığının X sosial şəbəkəsində yayılıb.
“Son 24 saat ərzində CENTCOM qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazidə yer-hava tipli raket və radar stansiyasını məhv edib”, – məlumatda deyilir.