ABŞ Rusiyanın “Vaqner” özəl hərbi şirkətini transmilli cinayət təşkilatı kimi təsnif etmək qərarına gəlib və gələn həftə ona qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
“Qərb Xəbər” TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.