Dünya

ABŞ USAID vasitəsilə Ukraynaya 35 milyard dollar köçürüb

6 fevral / 09:33 1 dəq
67a39d5c1041a67a39d5c1041b173877590067a39d5c1041867a39d5c10419
6 fevral / 09:33
Burada sizin reklamınız ola bilər

2022-ci ildən bəri ABŞ ləğv edilməkdə olan Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Ukraynaya 35 milyard dollar köçürüb.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Defence One” informasiya portalı USAİD-in məlumatlarına istinadən məlumat yayıb.

Bundan əlavə, portalın istinad etdiyi ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə görə, USAID Ukraynaya ABŞ silahlarının və digər yardımların çatdırılmasının uçotunda mühüm rol oynayıb.

Nəşr qeyd edir ki, agentlik həmçinin Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərdən istifadə etməklə Ukraynaya 20 milyard dollar kreditin verilməsində əsas rol oynayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı