ABŞ Suriyaya qarşı sanksiyaları 6 ay müddətinə ləğv edib.
“Qərb Xəbər” “APA”ya istinadən xəbər verir ki, bu barədə qərar ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində dərc edilib.
Həmçinin əlavə olunub ki, sanksiyalar 8 avqust 2023-cü il, saat 12:01-ə kimi ləğv edilir və qərarın verilməsinə səbəb kimi Suriyada baş vermiş güclü zəlzələlərin nəticələrinin aradan qaldırılması göstərilib.
Qeyd edək ki, burada söhbət zəlzələlərin nəticələrinin aradan qaldırılması üzrə xilasetmə əməliyyatlarının dəstəklənməsi, bunun üçün vəsaitlərin yığılması və köçürülməsindən gedir.