ABŞ Maliyyə Nazirliyi Rusiyanın onlarla fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib.
“Qərb Xəbər” bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edilib ki, “qara siyahı”ya 30-dan çox fiziki və 200-ə yaxın hüquqi şəxs daxil edilib.
ABŞ həmçinin “Lancet” pilotsuz uçuş aparatlarının hazırlanmasında iştirak edən rus dizayneri Aleksandr Zaxarova və ailə üzvlərinə, eləcə də N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinə, o cümlədən bir sıra banklara qarşı sanksiyalar tətbiq edib.
R.Carçılı