ABŞ Rusiya və Ukrayna arasında vasitəçi olmaq istəmir
Birləşmiş Ştatlar bundan sonra Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu yerinə yetirməyəcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Brüus jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Biz vasitəçi olmayacağıq. Görüşləri idarə etmək üçün dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik,” – deyə Brüus vurğulayıb.
O əlavə edib ki, bu mərhələdə danışıqlar prosesi birbaşa tərəflər – Rusiya və Ukrayna arasında aparılmalıdır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı