“Biz yeni qanun layihəsinin (“Xarici agentlər” haqqında qanun-red) Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyindən və ölkənin Avropa yolundan sapmasına səbəb olacağından çox narahatıq”.
Qerbxeber.com24News.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
O bildirib ki, bu qanun müstəqil mediyanın inkişafına ciddi təsir edəcək:
“Biz həmçinin yeni qanun layihəsinin Gürcüstan vətəndaşlarına keyfiyyətli məlumat vermək üçün çalışan müstəqil media qurumlarına mane olacağından narahatıq”.
M.Miller hakimlərə qarşı sanksiyalarla bağlı məsələyə də toxunub:
“Sanksiyalar cəzasızlıqdan bəhrələnən bədxahların məsuliyyətə cəlb edilməsinə, həmçinin Gürcüstan cəmiyyətində və məhkəmə sistemində qanunun aliliyinə xələl gətirmək üçün görülən işlərə görə tətbiq edilib. Gürcüstan hakimiyyəti ilə ünsiyyətə gəlincə, biz, əlbəttə hakimiyyəti korrupsionerlərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməyə çağırırıq”, – deyə o vurğulayıb.