ABŞ-nin raketdən müdafiə bazası sabahdan Polşada fəaliyyətə başlayacaq.
“Qərb Xəbər” məlumat verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
O əlavə edib ki, bu baza NATO müttəfiqlərinin ballistik raketlərə, xüsusən də Yaxın Şərqdən gələn təhlükələrə qarşı müdafiə qabiliyyətini artıracaq:
“Biz yaxın gələcəkdə bu obyekti NATO-nun ballistik raketdən müdafiə sisteminə inteqrasiya etməyi səbirsizliklə gözləyirik. Bu, transatlantik təhlükəsizlik üçün mühüm addımdır”, – deyə NATO rəhbəri əlavə edib.