ABŞ Konqresinin Xarici əlaqələr komitəsi Gürcüstana qarşı “MEGOBARI” aktını qəbul edib.
Qerbxeber.com xarici KİV istinadən xəbər verir ki, Xarici əlaqələr komitəsində keçirilən səsvermədə 41 konqresmen sənədi dəstəkləyib, 6-sı isə əleyhinə səs verib.
Sənəddə Gürcüstanda demokratik geriləmənin olduğu, bu səbəbdən Gürcüstan hökumətinin fəaliyyətinə və onun Rusiya ilə, eləcə də “digər avtoritar rejimlərlə” əlaqələrinə nəzarətin gücləndirilməsi çağırışı edilib.