İyulun 23-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Gürcüstan və Moldovada keçiriləcək seçkilərlə bağlı dinləmələr keçirəcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi məlumat yayıb.
Bildirilib ki, Avropa üzrə altkomitənin çağırdığı dinləmədə Gürcüstan və Moldovada 2024-cü il seçkiləri öncəsi ABŞ bu ölkələrlə bağlı siyasəti müzakirə ediləcək.
Dinləmələrdə çıxış edənlər arasında ABŞ dövlət katibinin köməkçisinin müavinləri Coşua Hak və Kristofer Smit, USAİD-in Avropa və Avrasiya Bürosunun Administrator köməkçisinin müavini Aleksandr Sokolovski olacaq.