ABŞ Senatının Təxsisatlar Komitəsində milli təhlükəsizlik üçün əlavə 106 milyard dollar ayrılması ilə bağlı dinləmələrdə Ermənistanın adı hallanıb.
“Qərb Xəbər” “Amerikanın səsi” radiosuna istinadən xəbər verir ki, komitədə çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinken yardım alan ölkələr sırasında Ermənistanın adını çəkib.
“Bu ayırmalar avtokratların və terrorçuların hərəkətləri, habelə Ukrayna, Qəzza, Sudan, Ermənistan və dünyanın digər ölkələrində münaqişələr və təbii fəlakətlər nəticəsində yaranan kritik humanitar ehtiyacları həll edəcək”, – deyə Blinken qeyd edib.
İ.Babayeva