ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyanın Okinava adasında yerləşən bazasında güclü partlayış baş verib.
Qerbxeber.com xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.
Partlayış nəticəsində Yaponiya Özünümüdafiə Qüvvələrinin 4 hərbçisi xəsarət alıb.
Məlumata əsasən, hadisə bazanın daxilində Yaponiya hərbçilərinin nəzarətində olan bir obyektin ərazisində baş verib.
Müdafiə Nazirliyindən olan yüksək vəzifəli şəxs qeyd edib ki, hadisə təhlükəli sayılan döyüş sursatlarının utilizasiya əməliyyatı zamanı qeydə alınıb.
Hadisənin detalları və yaralananların vəziyyəti barədə araşdırmalar davam edir.
ABŞ tərəfi hələlik rəsmi şərh verməyib.