“Amerika Gürcüstandan üz döndərməyəcək”.
“Qərb Xəbər” bildirir ki, bunu ABŞ səfiri Kelli Deqnan deyib.
“ABŞ və Gürcüstan arasındakı münasibətlərə gəlincə: bizim çox güclü tərəfdaşlığımız var və gürcü xalqının maraqları əsasında birgə işlər görməkdə böyük təcrübəmiz var.
Mən Gürcüstanı gəzərkən öz cəmiyyətlərinə, ölkəsinə [inkişafına] necə töhfə vermək barədə gözəl fikirləri olan gözəl insanlarla, xüsusən gənclərlə tanış oldum. İnanıram ki, bizim birlikdə görəcəyimiz hələ çox iş var və sizi əmin edə bilərəm ki, ABŞ Gürcüstan cəmiyyətindən üz döndərməyəcək. Ümid edirik ki, Gürcüstanın siyasi liderləri ABŞ-dan üz döndərməyəcək”, – deyə o söyləyib.
InterPress.ge