- ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində bunu da deyib ki, Birləşmiş Ştatlar məhz buna görə iki qonşu ölkəni “belə bir müqaviləni qarşıdan gələn həftələr və aylar ərzində imzalamağa çağırır”:
“Bizim nəzərimizdə Mərkəzi Asiyadan Aralıq dənizinədək ərazidə yeni ticarət yolunun yaradılması üçün nəsildə, bəlkə də bir neçə nəsildə bir dəfə ələ düşən imkan var. Bu yalnız Ermənistan və Azərbaycan arasında sülh olarsa, baş tuta bilər. Bu, təkcə sadəcə olaraq ticarətə deyil, həm də bütün yol boyunca yeni sənayelərin açılmasına imkan verəcək”.
ABŞ dövlət katibinin köməkçisi deyib ki, sözü gedən ticarət yolu Azərbaycandan keçərək Mərkəzi Asiyadan Gürcüstanın Qara dəniz sahilinədək mövcud nəqliyyat xətlərini də gücləndirəcək:
“Bu iki marşrut Mərkəzi Asiya ölkələrinə qlobal bazarlara ilk dəfə olaraq Rusiyadan və ya Çindən asılı olmayan çıxış verəcək”.
Bakının tələbinə Vaşinqtonun münasibəti barədə suala cavab verən O’Brayen deyib:
“Biz adətən ticarət marşrutunu nəzərdə tuturuq. Bu, əslində Ermənistanın “Sülhün yol kəsişməsi” ideyasına da bənzəyir. Yəni bir növ yol mənasında başa düşülməlidir”.
ABŞ diplomatı ümidvar olduğunu bildirib ki, Ermənistan Azərbaycanla sülh razılaşmasının əlavə “dividentlərini” başa düşür:
“Rusiya Ukraynada qalib gəlmir və yəni Qafqaza uzun illər olduğu bir şəkildə qayıtmayacaq. Odur ki, xüsusilə də Ermənistan vətəndaşlarının bunu deməsi mühümdür: “biz qərara gəlmişik ki, irəliyə doğru gedək, biz geri qayıtmaq istəmirik”. İndi isə Rusiyanın Ukraynada ilişib qalmasına görə irəliyə getmək imkanı var”.
© 2022 QərbXəbər – Developed by Arcod Technology
- +994703208557
- info@qerbxeber.com