Dünya

ABŞ Dövlət Departamenti iyulun 1-dək USAID-i yenidən təşkil etməyi planlaşdırır

29 mart / 09:24 1 dəq
67e6d453ac4cf67e6d453ac4d0174318088367e6d453ac4cd67e6d453ac4ce
29 mart / 09:24
Burada sizin reklamınız ola bilər

ABŞ Dövlət Departamenti 2025-ci il iyulun 1-dək ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bəzi funksiyalarını Departamentə uyğunlaşdırmağı və Administrasiya prioritetlərinə uyğun gəlməyən digər funksiyaları ləğv etməyi planlaşdırır.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanat yayıb.

“Bu gün Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2025-ci il iyulun 1-dək bəzi USAID funksiyalarının Departamentə uyğunlaşdırılmasını və Administrasiya prioritetlərinə uyğun gəlməyən qalan USAID funksiyalarının ləğvini nəzərdə tutan yenidən təşkili həyata keçirmək niyyətləri barədə Konqresə məlumat verib”, – bəyanatda qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı