Energetika naziri Pərviz Şahbazov ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşdə Cənub Qaz Dəhlizinin inkişafını müzakirə edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşdə CQD-nin inkişafı, Avropaya qaz tədarükünün artırılması, yaşıl enerji ixracı, metan emissiyalarının azaldılmasını müzakirə etdik”, – paylaşımda qeyd olunub.