Amerikanın Men ştatının Lyuiston şəhərində baş verən atışmada şübhəli bilinən şəxsin meyiti tapılıb.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə NBC News hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Hələlik rəsmi təsdiq olmasa da, şübhəli 40 yaşlı Robert Cardın intihar etdiyi deyilir.
Qeyd edək ki, oktyabrın 26-da ABŞ-də silahlı insident olub. Silahlı şəxs restoran, mağaza və əyləncə mərkəzinə daxil olaraq atəş açıb. Atışma nəticəsində 22 nəfər ölüb, 60 nəfər yaralanıb.
R.Carçılı