ABŞ ilə Çin hərbi idarələr arasında qarşılıqlı əlaqədə bir sıra mexanizmləri canlandırıb.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Hərbi səviyyədə operativ hərbi qarşılıqlı fəaliyyət üçün bir sıra ən mühüm mexanizmləri bərpa etmək mümkün olub”, – deyə Sallivan Xarici Əlaqələr Şurasında bildirib.
O qeyd edib ki, Birləşmiş Ştatlarla Çin arasında hərbi idarələr vasitəsilə təmaslar münasibətlərin gərginlişdiyi dövrlərdə həlledicidir.