ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır.
Qerbxeber.com məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.
“Biz sülhün mümkünlüyünə inanırıq. Dövlət katibi və digərləri sülh yolu ilə nizamlanma prosesində fəal iştirak edirlər. Tərəflər arasında danışıqların gedişi ilə bağlı məlumatım yoxdur, amma biz bu prosesi dəstəkləməyə davam edəcəyik”, – deyə Patel bildirib.