“70-ə yaxın ölkə idxal rüsumlarını müzakirə etmək üçün Vaşinqtona müraciət edib”.
Qerbxeber.com xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
Bessent danışıqların gərgin olacağını və ilin iyun ayına qədər uzana biləcəyini istisna etməyib.
Məlumatda o da bildirilir ki, prezident Donald Tramp artıq onu rüsumlarla bağlı qərara yenidən baxmağa inandırmaq istəyən Avropa və Asiya ölkələrinin liderləri ilə bir sıra danışıqlar aparıb.