Azərbaycanda hər il noyabrın 6-sı radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Azərbaycan televiziyasının 67, radiosunun isə 97 yaşı tamam olur.
Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günündə ekranda Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib.
Xatırladaq ki, Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.
01 fevral 2022-ci il tarixindən etibarən Azərbaycan radioları sırasına “Radio Qərb” online radiosu da qoşulub. Paytaxt Bakıdan 450 km uzaqda yerləşən Qazaxdan səslənərək, Qərb bölgəsinin sözünü, dinləyicilərinə çatdırır.
“Qərb Xəbər”olaraq, həmkarlarımızı təbrik edirik.