Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

22 iyul Milli mətbuat günü

4 həftə ago
A A
6ed85555-9c99-47ab-a08a-44550a2e16b4

Azərbaycan milli mətbuatının əsası 147 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə qoyuldu. Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda, demokratik dəyərlərin bərqərar edilməsində, sivil vətəndaş cəmiyyətinin formalaşmasında, islahat uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir. Bu gün Azərbaycan xalqı ictimai-mədəni tarixinin önəmli səhifələrindən birini – milli mətbuatın yaranmasının 147 illiyini ümumxalq bayramı kimi qeyd edir. 147 il əvvəl böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə işıq üzü görmüş ilk milli qəzetimiz “Əkinçi” qəzeti olub. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.
XIX əsrin sonlarında “Ziya”, (1879), “Kəşkül” (1880),”Kasbii” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Seyid Hüseyn sadiq, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan ” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.

22 iyul Milli mətbuat günü ilə əlaqədar “Qərb Xəbər”ə medianın Azərbaycanda hazırkı vəziyyəti barədə media eksperti Zeynal Məmmədli danışıb.

maxresdefault

Zeynam Məmmədlinin sözlərinə görə, Azbaycan mediyası bu gün çox geridədir:”1990-1998-ci illərdən sonra Azərbaycan mediası çox zəiflədi. Bunu reklam gəlirlərini müqaisə etdikdədə görə bilərik. Azərbaycan reklam bazarı pandemiya dövründə olmasına baxmayaraq 99 milyon manat artım edib. Bunun 18 milyonu media reklamının payına düşür. Müstəqil meia dedikdə onun maliyyə müstəqiliyi nəzərdə tutulur. Ümumiyyətlə media insanların inamını qazanmalıdır. Azərbaycan mediasının 1990-ci illərdəki inamı ilə hazırda olan inamlılığı müqaisə etsək görərik ki xeyli aşağı düşüb”.

Ekspert qeyd edib ki, media cəmiyyətdə inamlılığını təmin etmədikdə ucuz maqazin mediasına çevrilir:”QHT-lər ölür amma oları aradan qaldırmırlar bu isə bir növ ətrafa üfunət yayır. Sosial media qisminə gəlsək görə bilərik ki, sosial media artıq peşəkar mediani əvəzləyib. Bu çox qorxunc bir haldır. Qısa olaraq deyə bilərəm ki, sevinməli bir hal yoxdur. media müstəqil deil və əsir altındadır. Medianın cəmiyyətdə nüfuzu yoxdur”.

Əlavə olaraq Z.Məmmədli bildirib ki, hökumət məmurlarının da şüarlardan başqa jurnalistikaya münasibətində suvener bir münasibət bəsləyir:” Ümumiyyətlə, hazırda media cəmiyyət üçün maraqlı və faydalı məlumatların yayılmasında rolu yoxdur. Media işcilərinin əksəriyyəti bilmirlər ki, media cəmiyyət üçün məlumat hazırlamalıdır. Bu məlumatları hazırlamaq çox çətindir, bəlkə də ona görə bilmirlər. Bütün bu olanları nəzərə alsaq görərik ki, media özünə sayqılı deyil, media əlini hamıya açıb. Günümüzün reallıqlarından danışsaq, media oliqarxlara əl açaraq ev istəyir, hökumətdən pul istəyir və bu da media üçün düzgün olan hal deyil. Ümumiyyətlə hər bir media adamı bilməlidir ki, media cəmiyyətdən maliyyələşməlidir. Danılmaz faktlardır ki, hansı media daha çox auditoriya yiğirsa sahibkar da o mediyaya pul verib öz məhsulunu reklam etdirir”.

Ülviyyə Həsənli.
Qərb Xəbər.

Son xəbərlər

5cd915d99ae9f_ITKINQIZ-1

Şəmkirdə itkin düşən qadın Bakıda tapılıb

18 Avqust 2022
3

Qarabağ qazisi özünü yandırıb

18 Avqust 2022
49df243b-0bfb-343c-a320-02415d0f84e4_850

Kolleclərə ixtisas seçimin nəticələri açıqlanıb

18 Avqust 2022
54254ecb-562c-31a5-92e8-be256799ac6d_850 (2)

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edilib

18 Avqust 2022
sofulu

“Zor gücünə olsa belə Qazaxın kəntlərini qaytarmalıyıq” – Şərh

18 Avqust 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.