Xocavənd rayonu ərazisində baş verən qəzada xəsarət alanları vəziyyəti orta ağır olaraq qalır”.
“Qərb Xəbər” məlmat verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir. Ağırlaşma halları müşahidə olunmur. Reanimasiyada müalicə alan iki nəfərdən biri bu gün ümumi palataya keçiriləcək.
Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir.