Indir 2025 05 14t121549.933
Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir
Elnur123
Sağlam arıqlamaq üçün nələr etməliyik?- Nutrisoloq Elnur Nemətov-FOTO
Indir 2025 05 14t102455.579
Göyəzən böyük hesablı qələbə qazandı
Images (81)
PKK özünü ləğv etdi
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“21 Azər” – Azərbaycan Milli Hökümətinin yaradılmasının 78-ci ildönümü

1 il ago
A A
Indir 2023 12 12t085429.696

Təbriz mərkəzli Azərbaycan Milli Höküməti 12 dekabr 1945 və ya hicri təqvimi ilə 21 Azər 1324-də Seyyid Cəfər Pişəvərinin öndərliyi ilə Azərbaycan Demokrat Firqəsi tərəfindən təsis olundu.

Hər il Azər ayının 21-i İran Azərbaycanında Milli Hökümətin quruluş ildönümü kimi qeyd edilir. Keçən illərdə Milli Hökümətin ildönümünü qeyd edən çox sayda vətəndaş və siyasi fəal İranın kəşfiyyat və təhlükəsizlik məmurları tərəfindən həbs edilib və ya təzyiqlərə məruz qalıblar.

Həmçinin türk dil haqları müdafiəçiləri İran Azərbaycanının müxtəlif bölgələrində ənənəvi türkcə kitab paylama kampaniyaları təşkil edərək, milli hökümətin ildönümününü “türkcənin rəsmiləşməsi” günü kimi qeyd edirlər.

 

Azərbaycan Demokrat Firqəsinin liderləri və üzvləri (Seyyid Cəfər Pişəvəri şəkilin ortasında)
Azərbaycan Demokrat Firqəsinin liderləri və üzvləri (Seyyid Cəfər Pişəvəri şəkilin ortasında)

İran dövləti ölkə daxilində Milli Hökümətin təşkilinin ildönümü münasibəti ilə mərasimlər keçirilməsinə icazə verməməklə yanaşı, onun liderlərinin məzarı üstünə toplaşanları da həbs və mühakimə edir.

Azərbaycan Milli Höküməti 1946-cı ilin dekabrında İran ordusunun paytaxt Təbriz və digər şəhərlərə hücumu ilə devrildi. Hökümət devrildikdən sonra həmin hökumət dönəmində çap olunmuş türkcə kitablar İran Ordusu tərəfindən yandırıldı. Türk fəallar dekabr ayının 17-ni “Güney Azərbaycanda Kitab Günü” adlandıraraq, bu hadisənin ildönümünü qeyd edirlər.

Tanınmış cərrah Şapur Ənsari daha əvvəl Amerikanın Səsi ilə söhbətdə milli hökumətin devrilməsindən sonra türkcə dərsliklərinin yandırılması ilə bağlı təəssüratını bölüşüb.

Şapur Ənsari

SEE ALSO:

“Türkcə kitablarımın yandırılmasına səbəb olanları bağışlamayacağam” [Audio-Müsahibə]

“Dedilər bu dil pis dildir, kitablarınızı gətirib yandırın. Mən özüm də günahkaram. Kitabları yandıranda mən də iştirak etdim. Evdən türkcə kitablarımızı və qəzetləri gətirib yandırdıq… O olayı heç vaxt unutmaram. Buna səbəb olan heç kəsi heç zaman bağışlamaram,” həmin illərdə üçüncü sinifdə təhsil alan cənab Ənsari deyib.

Cavad Əhmədi Yekənli

SEE ALSO:

Güneydə Milli Hökümətin ildönümü ərəfəsində iki fəal həbs edilib

Həmin illərdə İran Azərbaycanına səfər etmiş ABŞ Ali Məhkəməsinin hakimi William O. Douglas “Qəribə torpaqlar və mehriban xalq” adlı kitabında İran ordusunun Azərbaycana hücumunu belə təsvir edib:

“İran ordusu bir gürultu ilə Azərbaycana geri döndü. Əsgərlər başıpozuq şəkildə yağma və qarət edərək istədikləri hər şeyi götürürdülər… İran ordusu — azadlıq ordusu — [əslində] vəhşi bir işğal ordusuydu. O, xalq üzərində zalım bir iz buraxdı. Kəndlilərin məhsulu yandırıldı, qadınlar və qızlarına təcavüz edildi. Evlər talan edildi, mal-qara oğurlandı. Ordu nəzarətdən çıxmışdı. Onun missiyası azad etmək imiş, ancaq o, qeyri-hərbi insanları ovladı, arxada ölüm və yıxıntı buraxdı.”

Rəsmi Tehran Azərbaycan Milli Höküməti dönəmini “Sovetlərə bağlı bölücülərin fitnəsi” kimi təqdim edir.

Amerikanın səsi

Son xəbərlər

Mn1

Müdafiə Nazirliyindən -XƏBƏRDARLIQ

14 May 2025
Indir 2025 05 14t130746.114

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verdi

14 May 2025
Trump Tramp

Ağ ev rəhbəri: İranla razılaşa bilərəm, bu şərtlə

14 May 2025
Indir 2025 05 14t124408.401

Ər-Riyadda Körfəz-ABŞ sammiti keçirilir

14 May 2025
Indir 2025 05 14t121549.933

Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir

14 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.