2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimləri Qazaxıstan və Qırğızıstanda keçiriləcək.
“Qərb Xəbər” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov bu gün keçirilən brifinq zamanı deyib.
“Komanda və idarəetmə orqanlarının, kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birgə təlim planı artıq təsdiqlənib. Sənədi müdafiə nazirləri və təhlükəsizlik şuralarının katibləri imzalayıblar”, – Sidorov bildirib.