Qazax rayonunun Çaylı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

“Qərb Xəbər”in məlumatına görə, hadisə zamanı hərəkətdə olan iki minik avtomobili toqquşub.

Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib: 1977-ci il təvəllüdlü Qurbanova Aygün Asəf qızı və 1963-cü il təvəllüdlü Eyyubova Bəturə Hüseyn qızı.

Onların vəziyyəti kafi olaraq qiymətləndirilir.