Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Xəlilov Murad Qalib oğlunun nəşi ailəsinə təhvil verilib.

Report-un məlumatına görə, şəhidlə vida mərasimi 12:00 da Şəmkir rayonun Çinarlı qəsəbəsində keçiriləcək.

Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub.

Allah rəhmət etsin!