Kəlbəcər rayonunda şəhid olan müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbçi Əliyev Natiq Yusif oğlu ilə Gəncədə vida mərasimi keçirilir.

Report-un məlumatına görə, onun nəşi Gəncə şəhər Cavad Xan küçəsində ailəsinin yaşadığı evə gətirilib.

Hazırda şəhid Natiq Əliyevlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı şəhər ictimaiyyəti, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin hərbçi yoldaşları iştirak edir.

Şəhid N.Əiliyev Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Natiq Əliyev ailəli olub, 1 övladı var.

Allah rəhmət eləsin!