Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi Azərbaycan hərbçiləri tərəfindən dəf edilib.

Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi Azərbaycan bölmələri tərəfindən izlənilir.

Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.

Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır.

Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.

Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.

Nazirlik bir daha bəyan edir ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.