Azərbaycanda koronavirusa görə distant təhsilə keçən siniflərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, pandemiya səbəbindən ölkə üzrə 542 sinif distant təhsilə keçib.

“Bu, ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir”, – nazirlikdən bildirilib.

Azərbaycanda sentybarın 22-dən aşağı siniflərdə (I-IV), sentybarın 29-dan isə yuxarı siniflərdə (V-XI), ali məktəblərdə və kolleclərdə ənənəvi tədris bərpa edilib.